Rusiyada xəstəxanada oksigen sistemi sıradan çıxıb, ölənlər var

   Rusiyada xəstəxanada oksigen sistemi sıradan çıxıb,    ölənlər var
  09 Avqust 2021    Oxunub:1300
Rusiyanın Vladikavkaz şəhərinin Klinik Təcili Yardım Xəstəxanasında yerləşən oksigen stansiyasında qəza baş verib.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, oksigen təchizatının dayanması nəticəsində doqquz xəstə ölüb.

Bildirilib ki, aparatlarda sızma aşkarlanıb və hazırda xəstələr ehtiyat oksigenlə təmin olunur. Faktla bağlı araşdırma aparılır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti