Zelenski Putinlə görüşməkdən qorxur

   Zelenski Putinlə görüşməkdən qorxur
  10 Avqust 2021    Oxunub:1620
Luqansk və Zakarpatye vilayətlərinin keçmiş qubernatoru, general Gennadi Moskal Ukrayna prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putindən qorxduğunu deyib. Bu səbəbdən də onunla görüşməyə cürəti çatmır.
Azvision.az xəbər verir ki, bu barədə Moskal “Naş” telekanalının efirində deyib.

“Zelenski Putindən qorxur, o, Moskvaya getməyəcək. Onun Putinlə bağlı hansısa fobiyası var”,- deyə o vurğulayıb. General Zelenskinin Putinlə başqa yerlərdə, məsələn, Vatikanda, yaxud Vyanada görüşməyə cəsarət edəcəyinə də şübhəylə yanaşır.

Bir müddət əvvəl Ukrayna prezidenti bəyan etmişdi ki, Rusiya Krımla bağlı qəbul etdiyi qərarlara görə “göz yaşları axıdacaq".

Nadir Quliyev
Azvision.az


Teqlər: Zelenski   Putin  



Xəbər lenti