Aramyanın çinli olmaq arzusu: Eks-nazir süründürməçilikdən gileyləndi

   Aramyanın çinli olmaq arzusu:    Eks-nazir süründürməçilikdən gileyləndi
  10 Avqust 2021    Oxunub:1339
Ermənistanın keçmiş maliyyə naziri Vardan Aramyan ölkəsindəki ağır sosial-iqtisadi durumdan gileylənib. Azvision.az xəbər verir ki, bu barədə yerli mediaya açıqlama verən Aramyan çinlilərlə erməniləri müqayisə edib.
"Niyə biz həmişə pis, çinlilər isə yaxşı yaşamalıdırlar? Nəyə görə bizim itkilərimiz, Çinin isə mənfəəti olur. Nə üçün erməniləri yer üzündən silinmək təhlükəsi gözləməlidir, çinlilər isə dünyanı ələ keçirməlidirlər. Cavab nə ölkənin, nə də əhalinin böyüklüyündədir. Hər şey çox sadədir. Məsələn, 6 iyundan etibarən 120 kvadratmetrlik mənzilimi kosmetik təmir etmək istəyirdim. Sanki pulla bağlı heç bir problem yoxdur və texniki problemlər aradan qaldırılıb, mənzil isə tamamilə boşdur, amma...

Bir tikinti materialı tədarükçüsü səhv material göndərir. Başqa bir mağaza günləri qarışdırır və uzun müddət gözləməli olursan. Digəri sizin sifarişinizə uyğun olmayan bir şeyi göndərir, ustanın işə gəlib getməsi sənin üçün əlverişsiz olur. Yaxud da sərfəli usta olur, amma əlində heç bir material olmur. Hələ də çatdırılmanı gözləyirsən. Buna görə də 64 gün keçdi. Çinlilər cəmi 15 gündə 30 mərtəbəli bir otel tikirlər. İqtisadi baxımdan Çində ümumi faktor məhsuldarlığı (TFP - Total Factor Productivity) bizdən bir neçə dəfə çoxdur".

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   Çin  



Xəbər lenti