“Nüvə müharibəsinə hazırlıq gedir” - Kim Çen Inın bacısı

“Nüvə müharibəsinə hazırlıq gedir” -  Kim Çen Inın bacısı
  10 Avqust 2021    Oxunub:1314
Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı Kim E Çjon bəyan edib ki, Cənubi Koreya ilə birgə təlimlər keçirmək istəyən ABŞ Koreya yarımadasında vəziyyəti gərginləşdirir.
Azvision.az RİA “Novosti” nəşrinə istinadən xəbər verir ki, Kim E Çjon bu təlimləri “dəlilik” hesab edərək, “nüvə müharibəsinə” hazırlıq adlandırıb.

Bundan əvvəl Kim E Çjon ABŞ-ın yuxusuna haram qatacağını bəyan etmiş, Vaşinqtonla Seulu birgə təlimləri dayandırmağa çağırmışdı.

Lakin KXDR-in çağırışlarına baxmayaraq, Cənubi Koreya və ABŞ Koreya yarımadasında hər il keçirdikləri təlimləri bu il də avqustun 16-dan 26-dək təkrarlamağa qərar veriblər.

Nadir Quliyev
Azvision.az



Teqlər: Şimali-Koreya   KimEÇjon  



Xəbər lenti