Alen Delonun ulduzu Hollivudda: 85 yaşlı aktyorun son arzusu reallaşacaqmı?

   Alen Delonun ulduzu Hollivudda:   85 yaşlı aktyorun son arzusu reallaşacaqmı?
  10 Avqust 2021    Oxunub:2121
Dünya şöhrətli fransız aktyor Alen Delonun ulduzu Hollivudun məşhur Şöhrət Xiyabanına həkk olunacaq. Bununla bağlı xüsusi açılış tədbiri builki Oskar mükafatına dair mərasimdən bir neçə gün əvvəl baş tutacaq.
Azvision.az xəbər verir ki, bu barədə "Le Point" məlumat yayıb. Alen Delon tədbirə qatılmaq üçün uşaqları ilə birlikdə son vaxtlar yaşadığı İsveçrədən Los Ancelesə gələcək.

Qeyd edək ki, sənətçi artıq bir neçə ildir ki, filmlərdə rol almır. O demək olar ki, ictimaiyyət arasında da görünmür. Ulduz aktyorun yaddaşı insult keçirəndən sonra xeyli pisləşib. İndi bir zamanlar dünyanın əksər qadınlarının sevimlisi olan məşhur aktyor tək yaşayır və tez -tez həyat yoldaşının olmamasından şikayətlənir. Onun yeganə rəsmi həyat yoldaşı olan Natali keçən il ölüb.

85 yaşlı Alen Delon sonuncu dəfə kinoda rol almağı xəyal edir. Aktyor bu yaxınlarda verdiyi müsahibəsində tamaşaçıların qəlbində əbədi qalacaq bir filmdə rol almaq istədiyini söyləyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Hollivud   Alen-Delon  





Xəbər lenti