Şamaxıda restoran sahibi 4000 manat cərimələnib

Bildirilib ki, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşfiq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.
Azvision.az