Rusiyadakı dəhşətli partlayışın səbəbi məlum olub

Rusiyadakı dəhşətli partlayışın səbəbi məlum olub
  10 Avqust 2021    Oxunub:2020
Rusiyanın Vladikavkaz bölgəsində xəstəxanada baş vermiş qəza oksigen təchizatı sistemindəki nasazlıq səbəbin yaranıb. Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Şimali Osetiyanın səhiyyə naziri vəzifəsini icra edən Soslan Tebiyev məlumat verib.
"Hesab edirik ki, bu sistemdəki nasazlıqla bağlıdır. Mütəxəssislər bununla məşğul olacaqlar. Hazırda yoxlama işləri aparılır, qəzanın əsl səbəbi bundan sonra məlum olacaq",-Tebiyev bildirib.

Qeyd edək ki, avqustun 9-da Vladikavkazda yerləşən xəstəxanalardan birində faciəvi hadisə baş verib. Yerin altında olan boru partlaması nəticəsində doqquz nəfər ölüb. Bu gün isə daha iki nəfər xəstəxanada vəfat edib. Həkimlər bu yeni iki ölümdən birini məlum qəza ilə əlaqələndirmirlər.
Rusiya İstintaq Komitəsi təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Partlayış  



Xəbər lenti