İvanişvili daha Gürcüstanın ən varlı adamı deyil
İndi onun yerini "Kaspi" şirkətinin idarə heyətinin sədri Mixail Lomtadze tutub. Onun sərvəti 5,1 milyard dollar olaraq qiymətləndirilir. M. Lomtadze var-dövlətinə görə dünya üzrə siyahıda 596 -cı yerdə qərarlaşıb.
Siyasətdən gedən iş adamı Bidzina İvanişvili isə 4,8 milyard dollarlıq sərvəti ilə Gürcüstanın ən zəngin insanları içərisində ikinci sıraya keçib.
Ölkədə qeyd edilənlərdən başqa milyarder yoxdur.
Xatırladaq ki, hazırda dünyanın ən varlı insanı siyahısına “Louis Vuitton”un sahibi Bernard Arno liderlik edir. O, 198.8 milyard dollarlıq sərvətə sahibdir. Ona qədər isə “Amazon”un sahibi Cef Bezos dünyanın ən varlı insanı hesab olunurdu.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Gürcüstan zəngininsan MixailLomtadze







Vaxtında, Aydın, Lazımlı!


