Dənizdə batan gəncin meyiti tapılıb

Dənizdə batan gəncin meyiti tapılıb
  10 Avqust 2021    Oxunub:1545
Abşeron rayonunun Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) batan 1999-cu il təvəllüdlü Abbasov Oqtay Vidadi oğlunun axtarışları başa çatıb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, O.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: Dəniz   Xilasetmə  





Xəbər lenti