XİN Əlcəzairə başsağlığı verib

   XİN Əlcəzairə başsağlığı verib
  11 Avqust 2021    Oxunub:858
Azərbaycanın Xarici İşlər Nazirliyi Əlcəzairdəki meşə yanğınları nəticəsində ölənlərlə bağlı bu ölkəyə başsağlığı verib.
Azvision.az -ın xəbərinə görə, başsağlığı mətni XİN-in tvitter səhifəsində yayılıb.

“Əlcəzairdəki meşə yanğınları xəbəri bizi dərindən üzdü. Hadisə nəticəsində dünyasını dəyişənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, yaralıların tezliklə sağalmasını diləyirik. Bu çətin günlərdə dualarımız dost Əlcəzair xalqı ilədir”, - başsağlığında bildirilib.

Azvision.az


Teqlər: XİN  



Xəbər lenti