"Həmin vaxt Mkrtçyanın çıxışı zalda "ehtiras fırtınası"na səbəb olmuşdu. Spikerin Annaya qarşı davranışı isə müxalifətin kəskin tənqidi ilə nəticələnmişdi. Bu dəfə də Mkrtçyan "Vətəndaş müqaviləsi"ndən olan deputat Eduard Ağacanyanın xarici əlaqələr komissiyasının rəhbəri vəzifəsinə irəli sürülməsindən danışarkən hakimiyyəti sərt şəkildə tənqid etdi. O "bütün bunlarda kapitulyantımız Nikol günahkardır" dedi. Spiker bu fikirlərə dərhal reaksiya verərək, Annanın mikrofonunun söndürülməsini tələb edib. Lakin o, artıq çıxışını başa vuraraq kürsünü tərk etmişdi.
|
| 75 gündür başsız qalan XİN: Erməni deputat diplomatiyanın iflasından gileyləndi |
"Şərəfim var" fraksiyasının nümayəndələri spikerin hərəkətlərinin qanunsuz olduğunu iddia etsələr də, Simonyan "qərar vermək mənim səlahiyyətimdədir" deyərək mövzunu qapadıb" ,-yerli saytlar qalmaqallı hadisənin təfərrüatlarını yazıb.
Qeyd edək ki, Parlamentdəki siyasi təxribatla bağlı danışan Simonyan, müxalifət qrupları içərisində parçalanma və daxili qaydalara tabe olmayan xüsusi davakarların olduğunu söyləyib. O, qruplaşmaları öz dava salanlarını cilovlamayacağı təqdirdə ən sərt tədbirlər tətbiq edəcəyi ilə hədələyib. Spiker tərəfdarlarına da müraciət edərək bu cür təxribatçılara reaksiya verməməyə çağırıb.
"Çox pul xərclədilər, seçkiləri uduzdular və təbii olaraq indi də qaşınırlar" -,spiker müxalifət haqqında bildirib.
Qeyd edək ki, bu il baş tutan seçkilərindən sonra parlamentdə yeni müxalif qüvvələr formalaşıb. 8 -ci çağırış parlament 107 deputatdan ibarətdir. Hakim "Vətəndaş Müqaviləsi" partiyası 71 millət vəkili ilə təmsil olunur. Seçkilərdə ikinci yeri tutan "Hayastan" (Ermənistan-red.) müxalifət bloku isə 29 mandat alıb. Üçüncü yerdə 7 mandatla "Şərəfim var" blokudur.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


