Yüzlərlə əfqan əsgəri Taliban yaraqlılarına əsir düşüb

   Yüzlərlə əfqan əsgəri Taliban yaraqlılarına əsir düşüb
  11 Avqust 2021    Oxunub:1249
Əfqanıstanda xeyli sayda hərbçi Taliban terrorçularına əsir düşüb. Azvision.az "France-Presse" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qunduz əyalətinin şura üzvü Amruddin Vali məlumat verib.
Onun sözlərinə görə, Əfqanıstan təhlükəsizlik qüvvələrinin əsgərləri Tacikistanla sərhəd yaxınlığında gözlənilmədən terroristlərin əlinə keçiblər.

"Bu səhər hava limanında dayanan yüzlərlə hərbi qulluqçu, polis və müqavimətçi qüvvələr bütün texnikaları ilə birgə Taliban silahlılarına təslim oldular",-Vali deyib.

Qeyd edək ki, silahlılar son aylarda Əfqanıstanın qəsəbə və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirməyi bacarıblar. Hökumət qüvvələri ilə Taliban silahlıları arasında gedən döyüşlər son günlərdə daha intensiv hal alıb. Vəziyyətin gərginləşməsi Amerika qoşunlarının geri çəkilməsi fonunda baş verir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əsir   Taliban   Əfqanıstan  



Xəbər lenti