Ermənistanda zoopark işçiləri etiraz aksiyası keçirirlər

Ermənistanda zoopark işçiləri etiraz aksiyası keçirirlər
  11 Avqust 2021    Oxunub:1374
Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra etiraz aksiyalarının sayı artıb. Bu gün zoopark işçiləri etiraz aksiyası keçiriblər.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Əvvəllər aksiya keçirmiş zoopark işçiləri yenidən etiraz edirlər. Xatırladaq ki, yeni təyin olunmuş müdir əvəzi Arçik Mkrtçyan artıq zoopark işçilərinə təqdim edilib. Mətbuatda yayılan məlumatlara görə o zooparkın keçmiş direktoru Ruben Xaçatryanın yaxın adamıdır. Xaçatryam isə işçilər üçün arzuolunmaz şəxs olub. Yeni rəhbərliyə etiraz edən işçilərdən biri bizimlə söhbətində deyib ki, aksiyalar hər gün davam edəcək",-"Hraparak" yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan  



Xəbər lenti