Son bir həftədə koronavirusdan 65 mindən çox insan ölüb

   Son bir həftədə koronavirusdan 65 mindən çox insan ölüb
  11 Avqust 2021    Oxunub:1440
Son bir həftə ərzində dünyada 4,2 milyondan çox insan koronavirus infeksiyasına yoluxub və 65 mindən çox insan ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yoluxma sayının əvvəlki həftəyə nisbətən 4%, ölüm nisbətinin isə 2% artdığını bildirib.
Azvision.az xəbər verir ki, avqustun 2 -dən 8 -dək dünyada 4 264 641 yoluxma halı aşkarlanıb və 65 472 ölüm qeydə alınıb.

Bu, bir həftə əvvəlki göstəricidən müvafiq olaraq 4% və 2% çoxdur. Avqustun 8 -nə olan məlumata görə, dünyada 202 146 929 yoluxma var. Pandemiyanın başlanğıcından bəri 4 285 421 nəfər ölüb.

Bir həftə ərzində ən çox yoluxma ABŞ-da (734 354)qeydə alınb. Onu Hindistan (278 631), İran (248 102), Braziliya (228 473) və İndoneziya (225 635) izləyir.

ÜST-ün bülleteninə görə, 2020 -ci ilin oktyabr ayında Hindistanda aşkar edilən delta ştammı coğrafiyasını 135 ölkədən 142 ölkəyə qədər genişləndirib.

Azvision.az



Teqlər: Koronavirus  



Xəbər lenti