Jirinovski Azərbaycandan Vahabzadənin həbsini tələb edir

   Jirinovski Azərbaycandan  Vahabzadənin həbsini  tələb edir
  12 Avqust 2021    Oxunub:10312
RLDP sədri Vladimir Jirinovski Azərbaycanın Pakistanda, Belarusda, İsveçrədə və Moldovada səfiri olmuş İsfəndiyar Vahabzadənin əleyhinə rusları açıq şəkildə təhqir etdiyinə görə cinayət işi qaldırılmasını tələb edib.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Jirinovski “Solovyov Live” YouTube kanalının efirində Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edəcəyini və insidentlə bağlı cinayət işi qaldırılması tələbi ilə respublika Prezidenti İlham Əliyevin ünvanına “sərt məktub” yazacağını bəyan edib.

RLDP-nin lideri onu da bildirib ki, Əliyev Rusiya ilə hər hansı fikir ayrılığı istəmir. Onun fikrincə, bu işləri regionda marağı olan Qərb dairələri çevirir. Onlar artıq Ukrayna, Zaqafqaziya və Orta Asiya respublikaları əhalisinin bir hissəsini Moskva və bütövlükdə rusiyalılar əleyhinə qoya biliblər.

“Dövlət başçısı İsfənidiyar Vahabzadəni işində verdiyi qüsurlara görə 2016-cı ildə səfir vəzifəsindən azad edib. Hazırda onun fikirlərini şərh etmək doğru olmazdı, çünki o, XİN-i və ya digər hər hansı dövlət qurumunu təmsil etmir” , - Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladırıq ki, ötən gün İsfəndiyar Vahabzadə öz çıxışında Jirinovskini və rus xalqını ağır sözlərlə təhqir etmişdi.

Nadir Quliyev
Azvision.az



Teqlər: Jirinovski   Vahabzadə  





Xəbər lenti