Koçaryanı xilas edən hakimin başı dərddə: MTX Arutyunyanı dindirir

      Koçaryanı xilas edən hakimin başı dərddə:  MTX Arutyunyanı dindirir
  12 Avqust 2021    Oxunub:1869
Ermənistan mediası ölkənin ikinci prezidenti olmuş Robert Köçaryanı azadlığa buraxan məhkəmə hakimi ilə bağlı məlumat yayıb.
Azvision.az xəbər verir ki, "Joğovurd" qəzeti Milli Təhlükəsizlik Xidməti(MTX) əməkdaşlarının hakim David Arutyunyanı dindirdiyini iddia edib. Məqalədə qeyd edilir ki, Arutyunyan "Köçəryan işi" çərçivəsində sorğu-suala çəkilib və ona təzyiqlər olub.

"Xüsusi xidmət orqanı əməkdaşlarının hazırkı dindirmələri hakimin keçmiş dövlət başçısının həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məlum qərarına görədir",-müəllif bildirib.

Qeyd edək ki, Ermənistanda 2018-ci inqilabından sonra dövlətin sütunu sayılan əksər sahələr, Nikol Paşinyanın iradəsinə uyğun fəaliyyət göstərsə də, məhkəmə və ordu sistemi hələ də "Qarabağ klanı"nın təsiri altındadır. Hakimlərin bir qisminin Koçaryan və Sarkisyana bağlı kadrlar olduğu bildirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Koçaryan   Həbs   Hakim  



Xəbər lenti