"Demarkasiya işlərini gücləndirmək lazımdır"- Paşinyan

   "Demarkasiya işlərini gücləndirmək lazımdır"-   Paşinyan
  12 Avqust 2021    Oxunub:1296
"Delimitasiya və demarkasiya işlərinin gücləndirilməsi lazımdır". Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəsinin sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalıb.

" Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üzrə işlər gücləndirilməlidir . Elə məsələlər var ki, onların həll edilməsi daha çox vaxt tələb edir. Ancaq yanaşma birmənalı olmalıdır - buna doğru getmək".

Paşinyan qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən biri bölgədə kommunikasiyaların açılmasıdır. Məlum proseslərlə bağlı yaradılmış komissiya Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinləri formatında işini bərpa etməlidir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Paşinyan   Sərhəd  



Xəbər lenti