"Səmimi bir mühitdə keçən söhbət əsnasında, səfirliyin sosial şəbəkələrində paylaşılanlarla bağlı İran tərəfinə bütün lazımi izahatlar verildi. Səfir anlaşılmazlığa görə təəssüf hissini çatıdırıb".
Xatırladaq ki, bir müddət öncə Rusiya səfirliyi Caqaryanın Britaniyanın Tehrandakı yeni səfiri Simon Şerklif ilə görüşməsi barədə məlumat yaymışdı. Səfirliyin "Twitter"də olan paylaşımında bildirilirdi ki, görüş 1943-cü ildə Tehran Konfransının keçirildiyi tarixi pilləkənlərdə baş tutub. Bu isə İran siyasətçilərinin və ictimaiyyət nümayəndələrinin narazılığına, tənqidlərə səbəb olub. Xüsusən də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin fotoşəkilə reaksiyası diqqət çəkib-"Bu gün çox uyğunsuz bir şəkil gördüm. Xatırlatmalıyam ki, 2021-ci ilin avqusti nə 1941-ci ilin avqustudur, nə də 1943-cü ilin dekabrı. Son dərəcə yersiz". İran Parlamentinin sədri Məhəmməd Baker Qalibaf isə deyib ki, hər iki ölkənin səfiri üzr istəməsə buna "qəti şəkildə diplomatik cavab" veriləcək.
Bundan sonra Rusiya səfirliyi məsələyə belə bir reaksiya verib ki, paylaşım Anti-İran xarakteri daşımayıb. Səfirlik İran xalqının duyğularını təhqir etmək istəmədiklərini, məlum fotoşəklin yeganə mənasının isə İkinci Dünya Müharibəsi zamanı müttəfiqlərin nasizmlə mübarizədə birgə səylərinə hörmət etmək olduğunu bəyan edib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


