Od ilə su arasında: Türkiyədə sel qurbanlarının sayı 9-a çatdı

  Od ilə su arasında:  Türkiyədə sel qurbanlarının sayı 9-a çatdı
  12 Avqust 2021    Oxunub:2359
Türkiyədə uzun müddət davam edən genişmiqyaslı yanğınlardan sonra daşqınlar başlayıb. Azvision.az xəbər verir ki, artıq aidiyyəti dövlət qurumları təbii fəlakətin ölkədə ciddi fəsadlar törətməsi barədə müxtəlif məlumatlar yayırlar.
Hazırda Qara dəniz sahilində yerləşən Kastamonu əyalətində yaranan sel nəticəsində ölənlərin sayının 9 nəfərə çatıb.
Qeyd edək ki, bu gün yerli media ilkin məlumat olaraq 5 nəfərin öldüyü və 13 nəfərin xəsarət alması barədə məlumat yaymışdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Türkiyə   Sel  



Xəbər lenti