Tovuzdakı yanğın söndürülüb

Tovuzdakı yanğın söndürülüb
  12 Avqust 2021    Oxunub:1339
Tovuz rayonunun Yanıqlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, yanğın zamanı dörd hektar sahədə qaratikan kolları və quru ot yanıb.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti tərəfindən söndürülüb. Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən onun söndürülməsi üçün əsasən əl əməyindən istifadə edilib.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.


Azvision.az




Teqlər: Meşə   Yanğın  





Xəbər lenti