13 milyardlıq gəmi: "Gerald R. Ford"un sınağı zəlzələyə səbəb olub

      13 milyardlıq gəmi:   "Gerald R. Ford"un sınağı zəlzələyə səbəb olub
  12 Avqust 2021    Oxunub:1656
ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni təyyarə daşıyan gəmisi olan "Gerald R. Ford" sualtı partlayışlarla bağlı sınaqlarını uğurla tamamlayıb. Azvision.azxəbər verir ki, bu barədə "Defense News" məlumat yayıb.
Bildirilir ki, hazırda dünyanın ən bahalı gəmisi sayılan "Gerald R. Ford" üç mərhələdə sınaqdan keçirilib. Son mərhələdə gəmi partlayışa qarşı müqavimət gücünü göstərib.
Məlumata görə, Florida sahillərində aparılan sınaq zamanı gəminin yanında tutumu 18 ton trotil ekvivalentində olan bir sualtı yük partladılıb. Gəminin bu partlayış sınağına tab gətirdiyi bildirilir.



Qeyd edək ki, Amerika hərbçiləri tərəfindən həyata keçirilən partlayış zamanı ərazidə 4 bal gücündə zəlzələ qeydə alınıb.

Maraq üçün bildirək ki, 13 milyard dollardan çox dəyəri olan "Gerald R. Ford" 75 döyüş təyyarəsi daşıya bilir. Gəminin yerdəyişməsi 100 min ton, uzunluğu isə 332,8 metrdir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Gəmi   ABŞ   Partlayış  



Xəbər lenti