Azərbaycan İsraildən 2 milyardlıq silah alacaq - "İsrael Hayom"
Qeyd olunur ki, son günlərdə Azərbaycanın Müdafiə Nazirliyinin yük təyyarələri tez-tez İsrailin aeroportlarına enirlər. Bakı İsrail şirkətlərilə müxtəlif istiqamətlərdə danışıqlar aparır. Qarşıdakı aylarda yüz milyonlarla dollar dəyərində müqavilələrin imzalanması gözlənilir. “Bu sövdələşmələr silah alqı-satqısına qarşı ermənilərin təzyiqlərinə baxmayaraq, Bakı ilə münasibətlərin İsrail rəsmiləri üçün əhəmiyyətinin sübutu olacaq”,- nəşr vurğulayıb.
Bir məsələ də xatırlanır ki, Ermənistan İsraildə səfirlik açsa da, qısa müddətdən sonra səfirini “məsləhətləşmələr” üçün geri çağırıb. Çünki onun addımı Yerusəlimlə Bakı arasındakı münasibətlərə heç bir təsir göstərməyib.
Ordu.az







Vaxtında, Aydın, Lazımlı!


