Maşa və Cırtdan: Məşhur cizgi filmində Azərbaycan nağılı göstərildi - VİDEO

      Maşa və Cırtdan:    Məşhur cizgi filmində Azərbaycan nağılı göstərildi -    VİDEO
  12 Avqust 2021    Oxunub:10314
Rusiyanın “Animakkord” studiyası məşhur “Maşa və ayı” cizgi filminin Azərbaycana həsr olunmuş bölümünü yayımlayıb. Bu bölümdə Maşa öz oyuncaqlarına Azərbaycan nağıllarının əsas qəhrəmanı olan Cırtdan haqqında danışır.
Azvision.az xəbər verir ki, cizgi filminin hadisələri Qobustanda cərəyan edir. Bir dərvişin övladı olmayan ər-arvada verdiyi nardan dünyaya gələn Cırtdan adlı balaca oğlan valieynlərinin arxa-dayağına çevrilir, divə qalib gəlir və insanların hörmətini qazanır.

Maşa kuklasına və oyuncaq ayısına nağıl danışarkən onları Azərbaycanın bayram süfrəsinin bəzəyi olan şəkərburaya da qonaq edir.

Qeyd edək ki, “Parrot Analytics”in hesabatına görə “Maşa və ayı” cizgi serialı dünyada ən çox baxılan uşaq şoularındandır.


Samir
Azvision.az



Teqlər: Maşa-və-ayı   Azərbaycan   Cırtdan  





Xəbər lenti