“Adidas” “Reebok”u satdı

Azvision.az xəbər verir ki, Almaniyanın “Adidas” konserni “Reebok”-u 2006-cı ildə $3,8 milyarda alaraq, “Nike” ilə rəqabətə girişmişdi. 2016-cı ildə “Reebok”un ziyanla işləyən xeyli mağazası bağlanmışdı. Pandemiya dövründə isə satışı 42% azalmışdı.
“Reebok”u alan ABG-nin arsenalında “Forever 21”, “Barneys New York”, “Eddie Bauer” və “Brooks Brothers” kimi brendlər var. Şirkətin illik satış həcmi $14 milyarddan çoxdur.
Tariyel
Azvision.az