Türkiyə yanğınlara qalib gəldi!

      Türkiyə yanğınlara qalib gəldi!
  12 Avqust 2021    Oxunub:2862
15 gün sürən mübarizədən sonra Türkiyədəki bütün yanğınlar nəzarətə alınıb. Bu haqda qardaş ölkənin əkin və meşə naziri Bəkir Pakdəmirli öz tvitter hesabında məlumat verib.

O bildirib ki, iyulun 28-dən başlayan meşə yanğınlarda sonuncu halqa olan Muğladakı fəlakətin də nəzərət altına alınması ilə məsələ tamamlanmış sayıla bilər.

Azvision.az xəbər verir ki, nazir bu işdə dəstək olan hər kəsə minnətdarlığını bildirib.


“Canımız yandı, nəfəsimiz yandı. Birlikdə cücərdəcəyik. Nəfəsimiz üçün savaşan meşə qəhrəmanları, var olun! ”,- Pakdəmirli yazıb.

Tariyel
Azvision.az


Teqlər: Türkiyə   Yanğın  



Xəbər lenti