Navalnının sözçüsünə 2 il həbs istənildi

Navalnının sözçüsünə 2 il həbs istənildi
  12 Avqust 2021    Oxunub:1895
Bu gün “Sanitar işi” çərçivəsində keçirilən məhkəmə iclasında dövlət ittihamçısı müxalif bloger Aleksey Navalnının mətbuat katibi Kira Yarmış üçün 2 il azadlıqdan məhrumetmə cəzası istəyib. Məhkəmənin qərarı avqustun 16-da elan olunacaq.
Bundan başqa, prokurorluq hökm elan olunana qədər Yarmışın ev dustaqlığının uzadılmasını xahiş edib.

Yada salaq ki, “Sanitar işi” adlanan məhkəmə prosesi qışda Navalnını dəstəkləmək üçün keçirilən mitinqlərlə əlaqədar başladılıb. Aksiyalara çıxanlar və təşkilatçıları koronovirusun yayılmasında suçlandırılırlar. Kira Yarmış fevral ayından ev dustaqlığındadır.

Tariyel
Azvision.az



Teqlər: Rusiya   Navalnı  



Xəbər lenti