İtaliyada bir gündə baş verən 523 yanğının əsas səbəbi

İtaliyada bir gündə baş verən    523 yanğının əsas səbəbi
  13 Avqust 2021    Oxunub:2031
İtaliyada bir gündə 4 insanın ölümü ilə nəticələnən 528 meşə yanğını qeydə alınıb. Bunların 230-u Siciliya adasında, 100-ü isə Kalabriya vilayətində baş verib.
Yerli ekspertlər yanğınların səbəbini “Lütsifer” adlandırılan antisiklonda görürlər. Onun sayəsində Siciliya adasında temperatur 48,8°C-yə çatıb ki, bu, Avropa üçün yeni rekorddur.


Ölkənin yanğından mühafizə xidməti anomal istilərin bir neçə gün davam edəcəyini, nəticədə yanğınların daha da artacağını proqnozlaşdırıb.


İtaliyadan başqa, hazırda Yunanıstan, Çernaqoriya, Şimali Makedoniya da meşə yanğınları ilə mübarizə aparmaqdadırlar.

Tariyel
Azvision.az



Teqlər: Yanğın  



Xəbər lenti