Taliban Laşkarqax və Qəndəharı ələ keçirib

Taliban Laşkarqax və Qəndəharı ələ keçirib
  13 Avqust 2021    Oxunub:897
Əfqanıstanda gərgin vəziyyət davam edir. Azvision.az "France Press" agentliyinə istinadən xəbər verir ki, Taliban silahlıları Hilmand əyalətinin Laşkarqax şəhərini ələ keçiriblər.
"Laşkarqax şəhəri təxliyə edilib. 48 saatlıq atəşkəslə bağlı razılaşma əldə edildikdən sonra ordu və məmurlar şəhərdən çıxarılıb",-agentlik yazıb.

Şəhərin işğalını hərəkatın nümayəndəsi olan Zabiullah Mucahid "Twitter"də təsdiqləyib.
Onun sözlərinə görə yaraqlılar valinin ofisini, polis bölməsi, qərargahları ələ keçiriblər. Bəzi hərbçilər təslim olsalar da, bir qrup hökumət qüvvələrini təmsil edən silahlı öldürülüb.

Qeyd edək ki, Taliban dünən Əfqanıstanın ikinci ən böyük şəhəri olan Qəndəharı da zəbt edib. Bu barədə "Associated Press" məlumat yayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti