COVID-19 pasportu olmayan 185 nəfər toylara buraxılmadı

Monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
Bundan başqa, 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Azvision.az
Teqlər: COVID-19