Türkiyə Rusiyaya görə aktiv Orta Asiya siyasətindən imtina edib?

   Türkiyə Rusiyaya görə    aktiv Orta Asiya siyasətindən    imtina edib?
  13 Avqust 2021    Oxunub:2514
Türkiyə Orta Asiyadakı fəal ekspansiyadan imtina edib. Səbəb Rusiyanın Ankaranın siyasi təşəbbüslərini “bloklama” cəhdidir. Azvision.az “Lenta.ru” nəşrinə istinadən xəbər verir ki, bunu Almaniya beynəlxalq münasibətlər və təhlükəsizlik institutu yanında Türkiyə tətbiqi araşdırmaları MPK Fondunun Merkator Mərkəzinin əməkdaşı, “Valday” klubunun eksperti Güney Yıldız bəyan edib.
Ekspertin sözlərinə görə, SSRİ dağıldıqdan sonra Türkiyə höküməti sərfəli əlaqələr qurmaq üçün fəal səylər göstərirdi. Məsələn, keçmiş sovet respublikalarında məktəblər, uşaq bağçaları, məscidlər, mədəni mərkəzlər, qocalar evləri tikirdilər. Lakin Yıldızın dediyinə görə, bu cür fəaliyyətlər rəsmi Moskvanın narazılığına səbəb oldu.

Türkiyənin Mərkəzi Asiyada fəallığını azaltmasının səbəbi Moskvaya “meydan oxumaq” istəməməsidir. Türkiyə hökümət bunu ən azından NATO ölkələrinin köməyi olmadan etməyəcək , - ekspert izah edib.

Bundan bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olduğu xəbər verilmişdi. Ölkə rəhbərləri sənaye-ticarət, energetika və digər sahələrdə qarşılıqlı əməkdaşlıq, birgə fəaliyyət haqqında müqavilələrin reallaşdırılmasının zəruriliyini ifadə ediblər.

Nadir Quliyev
Azvision.az




Teqlər: Türkiyə   Rusiya   Orta-Asiya  





Xəbər lenti