İngiltərə Əfqanıstana 600 hərbçi göndərir

 İngiltərə Əfqanıstana 600 hərbçi göndərir
  13 Avqust 2021    Oxunub:1090
İngiltərə Əfqanıstana 600 əsgər göndərəcək. Azvision.az ​xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qeyd edilir ki, buna səbəb ingilis vətəndaşların ölkəni tərk etməsinə kömək etməkdir.
"Hərbçilər İngiltərə vətəndaşlarının, onlarla əməkdaşlıq edən əfqanların, tərcüməçilərin mühafizəsi və köçürülmə işlərinə yardımçı olacaq",-məqalədə qeyd edilib.

Müdafiə naziri Ben Uolles sözügedən şəxslərin təhlükəsizliyinin hökumət üçün mühüm prioritet məsələ olduğunu söyləyib.

Xatırladaq ki, ötən həftə ölkənin Xarici İşlər Nazirliyi İngiltərə vətəndaşlarına Əfqanıstanı tərk etmələrini tövsiyə edib. Ölkədə hələ də 4000 ingilisin qalması təxmin edilir.

Qeyd edək ki, bu gün ABŞ da vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün xüsusi hərbi heyət göndərəcəyini bəyan edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   İngiltərə  





Xəbər lenti