Həkimlər ağciyəri məhv olan koronavirus xəstəsini həyata qaytarıblar

Həkimlər ağciyəri məhv olan koronavirus xəstəsini həyata qaytarıblar
  13 Avqust 2021    Oxunub:1089
Rusiyada həkimlər ciyərləri 100 faiz sıradan çıxmış koronavirus xəstəsini sağaldıblar. Azvision.az xəbər verir ki, bu barədə Dağıstanın Buynak şəhərinin rəsmisi Haci Nurutdinov RİA Novosti-yə verdiyi açıqlamada bildirib.
"Təxminən bir ay əvvəl, iyulun 12-də 1957-ci il təvəllüdlü Zazay Murzabekovna Hacıyeva, Buynak şəhəri Mərkəzi Xəstəxanasının bazasında olan yoluxucu xəstəliklər bölümünə yerləşdirildi. O, son dərəcə ağır vəziyyətdə idi, saturasiyası 50-60 faiz idi. Xəstənin ağciyərinin sağ payı 95, sol pay isə 100 faiz sıradan çıxmışdı. Bir ay ərzində intensiv müşahidə altında saxlanan xəstə müayinə və müalicələrdən sonra sağalıb, həkimlər xəstəliyə qalib gəlməyi bacarıblar",- Nurutdinov bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ağciyər   Koronavirus   Həkim  





Xəbər lenti