"Facebook" 2022-ci ilə qədər işçilərini ofisə çağırmayacaq

"Facebook" 2022-ci ilə qədər işçilərini ofisə çağırmayacaq
  13 Avqust 2021    Oxunub:973
Amerikanın məşhur "Facebook" şirkəti işçilərin ofisdən çalışması ilə bağlı tələbini gələn ilədək təxirə salıb. Azvision.az xəbər verir ki, buna səbəb ABŞ-da "Delta" ştamının sürətlə yayılmasıdır.
"Delta" ştammının və ümumilikdə yoluxma hadisələrinin artmasını nəzərə alaraq, ABŞ-dakı işçilərimizdən 2022-ci ilin yanvarına qədər ofisə qayıtması tələb olunmayacaq",-şirkətin məsələ ilə bağlı yaydığı məlumatda deyilir.

"Facebook" rəhbərliyi ABŞ xaricində fəaliyyət göstərənlərlə bağlı da belə qərarların verilə biləcəyini istisna etməyib.

Qeyd edək ki, bir müddət öncə şirkət oktyabr ayında ofisdəki iş rejiminin əvvəlki qaydayla bərpa etməyi planlaşdırmışdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Facebook   Delta  





Xəbər lenti