Gürcüstan sərt məhdudiyyətlərə başlayır

   Gürcüstan sərt məhdudiyyətlərə başlayır
  13 Avqust 2021    Oxunub:2928
Gürcüstan hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınmasına nəzarəti gücləndirmək məqsədilə avqustun 14 -dən sentyabrın 4 -dək sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının Operativ Qərargahının rəisi Giorgi Qibradze məlumat verib.

Onun sözlərinə görə, avqustun 14 -dən sentyabrın 4 -dək şəhərdaxili nəqliyyatın fəaliyyəti dayandırılacaq, konsert və idman yarışları, festivallar, kütləvi tədbirlər qadağan ediləcək, kafe və restoranların iş saatları 23: 00-a endiriləcək.

Bundan başqa, şirkətlər işçiləri evdən işlətməli olacaq. Qaydaları pozanlar 10.000 lari (təxminən 3240 dollar) cərimələnəcək.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti