Merkel Rusiya və Ukraynaya səfər edəcək

Merkel Rusiya və Ukraynaya səfər edəcək
  13 Avqust 2021    Oxunub:1286
Almaniya kansleri Angela Merkel Rusiya və Ukraynaya səfər edəcək. Azvision.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Zaybert bildirib.
Onun sözlərinə görə, Merkel avqustun 20-də Moskvaya, bundan 2 gün sonra isə Kiyevə gedəcək.

"Səfər proqramının təfərrüatları gələn həftə açıqlanacaq. Ancaq onun prezident Putinlə görüşəcəyi dəqiqdir", - Zaybert deyib.

Kremldən isə bildiriblər ki, Rusiya lideri Merkel ilə ikitərəfli münasibətlərin inkişafını, beynəlxalq və regional problemləri müzakirə etmək niyyətindədir.

Məsələyə münasibət bildirən Ukrayna prezidentinin mətbuat katibi Serqey Nikiforovun sözlərinə görə, Merkelin Vladimir Zelenski ilə görüşündə "Şimal axını-2"nin işə salınması halında Almaniyanın verə biləcəyi qarantiyalar və Donbasdakı vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Moskva və Kiyev görüşü Merkelin kansler olaraq xaricə son səfərlərindən biri kimi qiymətləndirilir. Çünki Almaniyada sentyabr ayında seçkilər keçiriləcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Merkel   Rusiya   Ukrayna   Səfər  





Xəbər lenti