Türkiyədə daha bir ərazidə meşə yanır

   Türkiyədə daha bir ərazidə meşə yanır
  13 Avqust 2021    Oxunub:796
Türkiyənin Kahramanmaraş əyalətində meşəlik ərazidə yanğın başlayıb.
Azvision.az Haberturk-ə istinadən xəbər verir ki, Onikişubat mahalının Demrek məhəlləsində yerləşən meşəlik əraziyə ildırım düşməsi nəticəsində yanğın baş verib.

Bölgəyə 10 su çiləyicisi, 3 inşaat maşını, 10 texniki işçi və 100 yanğınsöndürmə işçisi göndərilib. Yanğının söndürülməsi üçün 4 helikopter də cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Azvision.az


Teqlər: Meşə   Yanğın  





Xəbər lenti