Əfqanıstanda vəziyyət nəzarətdən çıxıb - BMT və NATO

   Əfqanıstanda vəziyyət nəzarətdən çıxıb -    BMT və NATO
  13 Avqust 2021    Oxunub:1161
BMT baş katibi Antonio Quterriş Əfqanıstanda vəziyyətin nəzarətdən çıxdığını deyib.
Azvision.az xarici mətbuata istinadən bildirir ki,  Quterreş "Taliban"ın hücumları dayandırması və danışıqlara qayıtmasının vacibliyini vurğulayıb.

NATO-nun baş katibi Yens Stoltenberq də qurumun üzvlərinin Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün toplaşdığını deyib:
"Məqsəd Əfqanıstan hökümətini və təhlükəsizlik qüvvələrinin mümkün qədər dəstəkləməkdir. Heyətimizin təhlükəsizliyi hər şeydən vacibdir. Kabildəki diplomatik varlığımız davam edəcək"

"Taliban"ın vətəndaşlara qarşı hücumlarından narahatlıq keçirdiklərini deyən Stoltenberq, təşkilatın ölkəni zorla ələ keçirəcəyi təqdirdə bunun beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını deyib. O, siyasi həlli dəstəkləməkdə qərarı olduqlarını qeyd edib

Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti