"ABŞ hər şeydə ölkəmizi günahkar sayır"- Rusiyalı səfir

"ABŞ hər şeydə ölkəmizi günahkar sayır"-   Rusiyalı səfir
  14 Avqust 2021    Oxunub:990
Rusiyanın ABŞ -dakı səfiri Anatoli Antonov ölkəsinin Vaşinqtonun siyasətinə qarışmadığını bəyan edib. Azvision.az xəbər verir ki, o hələ də Rusiyanın ABŞ-ın işlərinə müdaxiləsinə dair heç bir dəlilin olmadığını söyləyib.
Buna baxmayaraq Moskvaya qarşı bu cür ittihamlar davam edir. Səfir bir gün əvvəl Rusiyanı COVID-19 haqqında yanlış məlumatlar verməkdə günahlandıran ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin hesabatını dəyərləndirərkən deyib:

"Belə bir təəssürat formalaşır ki, bəzi siyasətçilər Amerikanın bütün problemlərində günahlandırıla biləcək xarici "düşmən" axtararaq ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Belə durumda onlar ölkəmizin adını yenidən hallandırırlar",- Antonov şikayətlənib.

O, Rusiyanın bədnam müdaxilələri ilə bağlı yeni spekulyasiyaların artıq təəccüblü olmadığını da vurğulayıb:

"Üstəlik, müəlliflər heç bir dəlil, hətta fakt təqdim etmirlər. Ancaq Amerika cəmiyyətində yüksək dərəcəli rusofobiyanı qorumaq məqsədilə fərziyyələr irəli sürürlər".

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   ABŞ   Səfir  





Xəbər lenti