Gürcüstanda karantin qaydaları bu gündən sərtləşdirildi

 Gürcüstanda karantin qaydaları bu gündən sərtləşdirildi
  14 Avqust 2021    Oxunub:1330
Gürcüstan hökuməti koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınmasına nəzarəti gücləndirmək məqsədilə bu gündən sərt məhdudlaşdırıcı tədbirlərə başlayır.
Azvision.az  xəbər verir ki, Qurumlararası Koordinasiya Şurasının Operativ Qərargahının qərarına əsasən məhdudiyyətlər sentyabrın 4 -dək davam edəcək.

Bu dövrdə şəhərdaxili nəqliyyatın fəaliyyəti dayandırılıb, konsert və idman yarışları, festivallar, kütləvi tədbirlər qadağan edilib, kafe və restoranların iş saatları 23: 00-a endirilib.

Bundan başqa, şirkətlər işçiləri bu gündən başlayaraq evdən işlətməli olacaq. Qaydaları pozanlar 10.000 lari (təxminən 3240 dollar) cərimələnəcək.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti