Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, bir qrup yüksək rütbəli hərbçi bununla bağlı ölkə başçısına müraciət ünvanlayıb.
"Nikol Paşinyanın istefasını tələbə edən işdən qovulmuş hərbçilərin sayı 9 -a çatıb. Bu barədə Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Kazaryan "Facebook" səhifəsində yazıb. Bunlar Silahlı Qüvvələrin Baş qərargah rəisi, general-polkovnik Onik Qasparyan. Baş qərargah rəisinin birinci müavini, general -leytenant Tiran Xaçatryan, Baş qərargahın Əməliyyatlar İdarəsinin rəisi general -leytenant Karen Abrahamyan, Silahlı Qüvvələrin Hava Hücumundan Müdafiə Qüvvələri Dövlət Baş İdarəsinin rəisi, general -mayor Armen Vardanyan, Silahlı Qüvvələrin Mühəndislik Qoşunları Dövlət İdarəsinin rəisi general -mayor İşxan Matosyan, Silahlı Qüvvələrin 3 -cü Ordu Korpusunun komandiri, general -mayor Qriqori Xaçaturov, Silahlı Qüvvələrin Baş Təlim İdarəsinin Döyüş Hazırlığı Müdirliyinin rəisi, general -mayor Valerik Köçəryan, Baş Qərargahın Əsas Əməliyyatlar İdarəsi rəisinin birinci müavini, general -mayor Stepan Qorgian və Silahlı Qüvvələrin 1 -ci Ordu Korpusunun komandanı, general -mayor Jirayr Poqosyandır",-məqalədə yazılıb.
Tural Tağıyev
Azvision.az