Ukraynada bir gündə 161 mindən çox şəxs peyvənd olunub

Ukraynada bir gündə 161 mindən çox şəxs peyvənd olunub
  14 Avqust 2021    Oxunub:1077
Ukrayanda son sutkada 161 792 nəfər koronavirusa qarşı peyvənd olunub. Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.
"Avqustun 13-də 161 792 nəfərə COVID-19 əleyhinə peyvənd vurulub. 106 206 vətəndaşa birinci doza, 55 586 nəfərə isə ikinci doza vaksin vurulub", - məlumatda deyilir.
Nazirlik gün ərzində 926 mobil qrupun, 2879 peyvənd məntəqəsinin və 335 peyvənd mərkəzinin çalışdığını qeyd edib.

Ümumilikdə isə, Ukraynada peyvənd kampaniyası başlayandan indiyədək 7 milyon 333.550 vaksinasiya aparılıb.

Qeyd edək ki, Ukraynada bir neçə dəfə gündəlik vaksinasiya sayı ilə bağlı rekord göstərici qeydə alınıb..

Tural Tağıyev
Azvision.az



Teqlər: Peyvənd   Ukrayna  





Xəbər lenti