Kubanda sel fəlakəti: 1300-dən çox evi su basdı

Kubanda sel fəlakəti:   1300-dən çox evi su basdı
  14 Avqust 2021    Oxunub:1444
Dünyada təbii fəlakətlərin sayı artmaqdadır. Son günlərdə yanğınların səngiməsindən sonra bir sıra ölkələr sel daşqınları ilə mübarizə aparırlar.
Azvision.az xəbər verir ki, Türkiyənin ardınca Rusiyada da daşqınlar ağlr fəsadlar törədir. Fövqəladə Hallar Nazirliyinin Krasnodar Ərazisi Baş İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Kubanda yağan güclü yağışlar 19 yaşayış məntəqəsində 1344 fərdi evi və 1683 həyətyanı sahəni su alrında qoyub. Hazırda su basmış ərazilərdə təcili xilasetmə qrupları işləyir.

Fövqəladə Hallar Nazirliyinin regional bölməsindən yerli mediaya verilən məlumatda deyilir ki, 15 mindən çox adamın qalmasına hesablanmış 76 müvəqqəti yaşayış məntəqəsi hazır vəziyyətə gətirilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Sel   Rusiya   Daşqın  





Xəbər lenti