Koronavirusa yoluxanların sayı 206 milyonu keçdi

   Koronavirusa yoluxanların sayı 206 milyonu keçdi
  14 Avqust 2021    Oxunub:815
Dünyada COVID-19 xəstələrinin sayı 206 980 203 nəfərə çatıb. Azvision.az xəbər verir ki, bu barədə "Worldometer" saytı məlumat yayıb.
Qeyd edilir ki, virusa yoluxmuş 185 602 663 nəfər sağalıb, 4 358 550 xəstə isə ölüb.

Ən çox COVID-19-a yoluxma ABŞ-da qeydə alınıb. Bu ökədə 37 364 700 nəfər koronavirusa yoluxub. İkinci yerdə 32 156 493 yoluxma hadisəsi ilə Hindistan, üçüncü yerdə isə 20 milyon 319 min xəstə sayı ilə Braziliya gəlir.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti