ABŞ səfirliyi məxfi sənədləri məhv edir: Əfqanıstanda vəziyyət nəzarətdən çıxıb

      ABŞ səfirliyi məxfi sənədləri məhv edir:   Əfqanıstanda vəziyyət nəzarətdən çıxıb
  14 Avqust 2021    Oxunub:3307
ABŞ -ın Əfqanıstandakı səfirliyi işçilərə gizli materialların, habelə Talibanın öz məqsədləri üçün istifadə edə biləcəyi əşyaların məhv edilməsini tapşırıb. Azvision.az xəbər verir ki, bu barədə "CNN" diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, bu xüsusi tapşırıq Talibanın Əfqanıstanın paytaxtına doğru uğurla irəliləməsi ilə əlaqədardır. Nəşrə danışan etibarlı mənbənin sözlərinə görə, bir həftə ərzində Kabil mühasirəyə alına bilər.

Tehran Talibanla iqtisadi əməkdaşlıq barədə anlaşma imzalayıb
Mənbə şəhərdəki vəziyyətin son dərəcə gərgin olduğunu söyləyərək bildirib ki, diplomatik missiyanın planları daimi olaraq dəyişir.

Qeyd edək ki, son aylarda Əfqanıstanda əhəmiyyətli əraziləri ələ keçirən Taliban silahlıları ilə hökumət qüvvələri arasında qarşıdurma genişlənib. Eskalasiya Amerika qoşunlarının geri çəkilməsi fonunda baş verir. Son günlərdə isə terrorçular daha geniş əraziləri zəbt etməyi bacarıblar.

Tural Tağıyev
Azvision.az

Həmçinin baxın:
“Taliban” Heratı da ələ keçirdi
Taliban Laşkarqax və Qəndəharı ələ keçirib



Teqlər: Taliban   ABŞ   Əfqanıstan    





Xəbər lenti