Taliban daha bir şəhəri zəbt edib: Hərbçilər yaraqlıların tərəfinə keçib

   Taliban daha bir şəhəri zəbt edib:   Hərbçilər yaraqlıların tərəfinə keçib
  14 Avqust 2021    Oxunub:1465
Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Bu gün Taliban silahlıları Əfqanıstanın cənub -şərqindəki Paktika əyalətinin inzibati mərkəzi olan Şəran şəhərini ələ keçiriblər.
Azvision.az xəbər verir ki, bu barədə Taliban hərəkatının sözçüsü Zabiullah Mücahid "Twitter"də bəyan edib. Onun sözlərinə görə silahlılar qubernatorun oturduğu binanı, polis bölməsini və digər dövlət qurumlarını nəzarətə götürüblər. Bundan əlavə, terrorçular hökumət ordusunun silahlarını ələ keçiriblər və əsgərlər isə yaraqlıların tərəfinə keçib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  



Xəbər lenti