İranda sabahdan beş günlük qapanma olacaq

 İranda sabahdan beş günlük qapanma olacaq
  14 Avqust 2021    Oxunub:824
İranda COVID-19-la bağlı vəziyyətin ağırlaşması səbəbindən qapanmalara gediləcək.
Azvision.az İran mətbuatına istinadən xəbər verir ki, İran hökuməti tərəfindən ölkədə beşgünlük lokdaun elan edilib.

Sabahdan başlayaraq gələn həftənin şənbə gününə qədər əyalətlərarası hərəkət məhdudiyyəti tətbiq olunacaq. Bütün qurumlar, ofislər və banklar işlərini dayandıracaq.

Xatırladaq ki, 14 avqust tarixinə olan məlumata görə, İranda 4 389 085 nəfər koronavirusa yoluxub, 97 208 nəfər dünyasını dəyişib. Ümumilikdə, İranda 18 581 226 nəfər peyvən olunub ki, onlardan 14 767 598-nə birinci doza, 3 813 628-nə isə ikinci doza vurulub.

İranda yeni yoluxma hallarında artım iyunun əvvəlindən bəri müşahidə olunur. İranın səhiyyə naziri Səid Namaki iyulun 27-də bildirib ki, ölkə koronavirusun beşinci dalğasının pik nöqtəsindədir.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti