Merkel nə qədər təqaüd alacaq?

Merkel nə qədər təqaüd alacaq?
  14 Avqust 2021    Oxunub:815
Almaniya kansleri Angela Merkel vəzifədən gedəndən sonra ayda 15 min avroluq təqaüd alacaq. Azvision.az xəbər verir ki, bu barədə alman nəşri olan "Focus" məlumat yayıb.
"Dövlət keçmiş kanslerə şəxsi ofisi, köməkçiləri, katibə və sürücüsünə görə də müəyyən məbləğdə pul ayıracaq",- "Focus" yazıb.

Təqaüdün belə yüksək olması Merkelin Bundestaq üzvü, federal nazir və kansler postu da daxil olmaqla yüksək hökumət vəzifələrində çalışması ilə əlaqədardır. Hazırda Merkel kansler kimi 35 min avro maaş alır . Müasir Almaniya tarixində özünəməxsus yeri olan bu xanım siyasətçinin sentyabr ayında vəzifədən gedəcəyi gözlənilir. Payızda Almaniyada parlament seçkilərinin keçiriləcək.

Qeyd edək ki, 7 il vəzifə tutmuş keçmiş Almaniya kansleri Gerhard Şrederə ayda 6,5 ​​min avro pensiya ödənilir və hər il onun ofisinin saxlanılması üçün yarım milyon avro xərclənir.

Xatırladaq ki, sentyabrın 25 -də Almaniyada Bundestaq seçkiləri keçiriləcək və bunun ardınca ölkəyə yeni federal kansler rəhbərlik edəcək. 67 yaşlı Angela Merkel bir müddət öncə siyasətdən getmək istədiyini açıqlamışdı. O, Xristian Demokrat Birliyinin sədri postunu tərk etdikdən sonra dövlət başçısı seçilmək hüququnu da itirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Merkel   Təqaüd   Almaniya  





Xəbər lenti