Türkiyədə qəzaya uğrayan təyyarə Rusiyaya məxsusdur - YENİLƏNİB

 Türkiyədə qəzaya uğrayan təyyarə Rusiyaya məxsusdur -  YENİLƏNİB
  14 Avqust 2021    Oxunub:1486
Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olduğu qeyd edilir. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndəriləcəyi qeyd olunub.

****
Türkiyənin Kahramanmaraş şəhərində yanğın söndürən helikopter yerə düşüb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgəyə axtarış- xilasetmə qrupu cəlb edilib.

Helikopterdə pilotla birlikdə 8 nəfərin olduğu qeyd edilir.

Azvision.az



Teqlər: Türkiyə   Yanğın  





Xəbər lenti