ABŞ xəstəxanaları koronaviruslu xəstələrlə yüklənib

ABŞ xəstəxanaları koronaviruslu xəstələrlə yüklənib
  14 Avqust 2021    Oxunub:852
ABŞ səhiyyəsi yenidən koronavirusla bağlı çətin duruma düşüb. Azvision.az "Reuters"-ə istinadən xəbər verir ki, ölkənin bir neçə ştatında xəstəxanalar koronaviruslu xəstələrlə yüklənib, tibb işçiləri isə çatışmır.
Arkanzas, Florida, Luiziana, Misissippi və Oreqonda bu ayın rekordu olaraq dəyərləndirilən xeyli sayda xəstə tibb məntəqələrinə yerləşdirilib. Tibb işçiləri cümə günü təkcə Misissippidə 5023 yoluxma hadisəsi qeydə alıb.

Oreqon ştatının qubernatoru Keyt Broun deyib ki, Milli Qvardiyanın 500 üzvünü həddindən artıq yüklənmiş xəstəxanalara köməyə göndərib. 1500 nəfər isə yardım üçün hazır vəziyyətdədir.

Koronavirus xəstələrinin həddən artıq çoxalması və tibb işçilərinin çatışmazlığı səbəbindən Misissippi Universitetinin Tibb Mərkəzi (UMMC) öz qarajında çarpayılar yerləşdirərək müvəqqəti tibb məntəqəsi açıb.

Qeyd edək ki, iki həftə ərzində ölkədə gündəlik yoluxma hallarının sayı iki dəfə artaraq altı ayın ən yüksək göstəricinə çatıb. Son 14 gündə gündəlik ölüm sayı 85 faiz artıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti