Türkiyə XİN rəhbəri Rusiyaya başsağlığı verib

Türkiyə XİN rəhbəri Rusiyaya başsağlığı verib
  14 Avqust 2021    Oxunub:776
Xəbər verdiyimiz kimi bu gün Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya başsağlığı verib.
Azvision.az xəbər verir ki,Türkiyə XİN rəhbəri "Twitter"də paylaşım edərək baş verən insan itkisinə görə kədərləndiyini bildirib:

"Kahramanmaraşda yanğının qarşısının alınması zamanı baş verən faciəli təyyarə qəzasında türk və rus ekipajının itkisi xəbərinə dərindən kədərləndim. Millətimizin başı sağ olsun, Rusiya xalqına da başsağlığı veririk. Onların qəhrəman fədakarlıqları unudulmayacaq".

Tural Tağıyev
Azvision.az



Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti